Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində “Neftçi” klubu “Qəbələ” ilə üz-üzə gəlib.
Modern.az xəbər verir ki, görüş “Bakcell Arena”da keçirilib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xallarının sayını 42-yə çatdıran “Qəbələ” 4-cü pillədəki mövqeyini qoruyub. Üçüncü yerdə qərarlaşan “Neftçi”nin isə aktivində 60 xal var.