Modern.az

Millimiz Ukrayna, Rumıniya və Yunanıstanla qarşılaşacaq

Millimiz Ukrayna, Rumıniya və Yunanıstanla qarşılaşacaq

İdman

15 Aprel 2023, 08:21

Aprelin 17-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxaretsdə keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

 

Aprelin 22-dən 28-dək davam edəcək yarışda millimiz Rumıniya, Ukrayna və Yunanıstan seçmələri ilə qarşılaşacaq.

 

Millimiz aprelin 23-də Ukrayna, iki gün sonra Rumıniya, ayın 28-də isə Yunanıstan seçməsi ilə üz-üzə gələcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?