Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Ermənistanın paytaxtı İrəvanda yerləşdiyi oteldən buraxılmır.
Modern.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov "Facebook"da bildirib.
O qeyd edib ki, ağır atletika üzrə Avropa çempionatı üçün İrəvana yollanan Azərbaycan nümayəndələrinin hazırda mediaya çıxışı yoxdur.