Modern.az

Cüdoçularımız Avropada 4 medal qazandı

Cüdoçularımız Avropada 4 medal qazandı

İdman

16 Aprel 2023, 00:32

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

 

Məlumata görə, turnirin ilk günü 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

 

Oğlanların yarışında -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73 kq. çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. -60 kq. çəkidə Nizami İmranov və -66 kq. çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub.

 

Qızların yarışında -78 kq. çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq. çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?