Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Modern.az xəbər verir ki, “Qəbələ” komandası öz meydanında “Səbail” klubunu qəbul edib.
Matçın ilk hissəsində geridə qalan "Qəbələ" ikinci hissədə önə keçərək rəqibini 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı aprelin 27-də baş tutacaq.