Modern.az

Millimiz “Qalatasaray”a qalib gəldi

Millimiz “Qalatasaray”a qalib gəldi

İdman

19 Aprel 2023, 18:23

İstanbulda təlim-məşq toplanışında olan 16 yaşadək qız basketbolçulardan ibarət yığmamız növbəti yoxlama oyunlarını keçirib.

 

Modern.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Evren Alkayanın rəhbərlik etdiyi millimiz güclü rəqibi İstanbul çempionu “Qalatasaray” klubunun qızlardan ibarət U-16 komandasına qarşı oyundan 72:58 hesablı qələbə ilə ayrılıb.

 

Qızlarımız müvafiq olaraq “İstanbul Asya” komandasına 88:66, “İstanbul Panterləri”nə isə 62:36 hesabları ilə qalib gəliblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?