Modern.az

Konfrans Liqasında 1/4 final başa çatır

Konfrans Liqasında 1/4 final başa çatır

İdman

20 Aprel 2023, 08:34

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, cavab oyunlarından sonra yarımfinalın iştirakçıları müəyyənləşəcək.

 

Görüşlərdən ikisi Bakı vaxtı ilə saat 20:45-də, digər ikisi isə saat 23:00-da başlayacaq.

 

"Fiorentina" ilk matçda darmadağın etdiyi Polşa "Lex"i ilə bu dəfə İtaliyada qarşılaşacaq. "AZ Alkmaar" isə Belçikada "Anderlext"ə 0:2 hesablı məğlubiyyətin əvəzini Niderlandda çıxmağa çalışacaq.

 

Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran Belçika "Gent"i İngiltərədə "Vest Hem"in qonağı olacaq. "Nitsa" isə Fransada İsveçrə "Bazel"i ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

UEFA Konfrans Liqası
1/4 final
13 aprel

 

20:45. "Fiorentina" (İtaliya) - "Lex" (Polşa)
İlk oyun - 4:1

 

20:45. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika)
İlk oyun - 0:2

 

23:00. "Vest Hem" (İngiltərə) - "Gent" (Belçika)
İlk oyun - 1:1

 

23:00. "Nitsa" (Fransa) - "Bazel" (İsveçrə)
İlk oyun - 2:2.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?