Modern.az

“Qarabağ”dan azarkeşlərinə bayram jesti

“Qarabağ”dan azarkeşlərinə bayram jesti

İdman

21 Aprel 2023, 14:53

“Qarabağ” futbol klubu Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib.

 

Modern.az Ağdam klubunun Mətbuat Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXI turunda bu gün keçiriləcək “Zirə” ilə ev oyununa giriş pulsuz olacaq.

 

Qeyd edilib ki, bu matça bilet almış azarkeşlər növbəti ev qarşılaşması - “Qəbələ” ilə görüşdə həmin biletdən istifadə edə biləcəklər. O da vurğulanıb ki, bugünkü oyun üçün yalnız VIP biletlər satışda olacaq.

 

“Qarabağ” - “Zirə” matçı saat 20:00-da start götürəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?