Modern.az

\"Sabah\" Tovuz klubunu məğlub etdi 

\

22 Aprel 2023, 20:09

Aprelin 22-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tur çərçivəsində “Turan Tovuz” komandası öz meydanında “Sabah”la üz-üzə gəlib.

 

Modern.az xəbər verir ki, Tovuz şəhər stadionunda oynanılan matçda qonaq komanda 2:0 hesablı qələbə qazanıb.

 

Qolların hər ikisini Aleksey Kaşuk vurub. Bununla da xallarının sayını 71-ə çatdıran "Sabah" turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub. “Turan Tovuz” komandası 29 xalla altıncı pillədədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!