Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq.
Modern.az xəbər verir ki, turun son görüşündə "Sumqayıt" klubu "Qəbələ"ni qəbul edəcək.
18:00. “Sumqayıt”– “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Kapital Bank Arena”
Turun əvvəlki üç oyunun bərabərlik qeydə alınıb. "Şamaxı" "Kəpəz"lə, "Neftçi" "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Qarabağ" isə "Zirə" ilə sülhə razılaşıb - 2:2. "Sabah" səfərdə "Turan Tovuz"u iki cavabsız qolla üstələyib.
21 aprel (cümə)
"Qarabağ” – “Zirə” - 2:2
“Şamaxı” – “Kəpəz” - 1:1
22 aprel (şənbə)
“Səbail” – “Neftçi” - 1:1
“Turan Tovuz” – “Sabah” - 0:2