Daha bir yunan-Roma güləşçimiz Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Modern.az xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən Ülvü Qənizadə finalda fransalı İbrahim Qanemlə üz-üzə gəlib.
Görüş 7:7 hesabı ilə başa çatıb, lakin xal prinsipinə əsasən qələbə Azərbaycan təmsilçisinə verilib.
Bu, Azərbaycanın Xorvatiyadakı qitə birinciliyində yunan-Roma güləşi üzrə 2-ci, ümumilikdə isə 5-ci qızıl medalıdır