Azərbaycan kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
Modern.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində çıxış edən 37 yaşlı idmançı Türkiyənin İstanbul şəhərində təşkil olunan "Akın Fight Arena" turnirində qüvvəsini sınayıb.
ABŞ təmsilçisi Omar Moreno ilə qarşılaşan Abdullayev rəqibinə qalib gələrək öz çəkisində çempionluq kubokuna sahib çıxıb.