Modern.az

Şeyxdən “Mançester Yunayted” üçün 6,3 milyardlıq TƏKLİF

Şeyxdən “Mançester Yunayted” üçün 6,3 milyardlıq TƏKLİF

29 Aprel 2023, 13:53

Qətərin ən böyük banklarından biri olan "Qətər İslam Bankı"nın (QIB) prezidenti Şeyx Casim bin Həməd Əl Tani “Mançester Yunayted” klubunun bütün səhmlərinin alınması üçün rəsmi ərizə təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, ərəb şeyx klub üçün 5 milyard funt sterlinq (6,3 milyard dollar) təklif edib. Agentliyin məlumatına görə, Qətər şeyxinin təklifinə “klub binaları və digər investisiyalar üçün əlavə məbləğlər” daxildir.

 

Qeyd edək ki, futbol klubunu almaq üçün digər iddiaçı Cim Ratkliff də müraciət edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?