Modern.az

Azərbaycana gəldiyim üçün xoşbəxtəm - Türkiyəli idmançı

Azərbaycana gəldiyim üçün xoşbəxtəm - Türkiyəli idmançı

29 Aprel 2023, 15:38

Azərbaycana gəldiyim üçün özümü çox xoşbəxt hiss edirəm.

 

Modern.az xəbər verir ki, bunu İrəvanda ağır atletika üzrə Avropa çempionatında gümüş medal qazanmış Türkiyə təmsilçisi Qamze Altun deyib.

 

İdmançı Bakıda çox yaxşı qarşılandıqlarını, burada olduğu müddətdə şəhəri gəzdiyini və onun gözəlliyinə valeh olduğunu bildirib:

 

“Əsas odur ki, Azərbaycanda özümüzü doğma Vətənimizdəki kimi hiss edirik. Hazırda ağır atletika üzrə Azərbaycan çempionatını izləməyə gəlmişik. Yarış gözəl təşkil olunub. İdmançılara uğurlar diləyirik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?