Modern.az

“Formula 1”: Ferstappen liderliyini möhkəmləndirib

“Formula 1”: Ferstappen liderliyini möhkəmləndirib

İdman

29 Aprel 2023, 19:23

Formula 1 Azərbaycan Qran-Prisinin sprint yarışından sonra “Red Bull Racing”in pilotu Maks Ferstappen turnir cədvəlində liderliyini möhkəmləndirib.

 

Modern.az xəbər verir ki, sprint yarışında üçüncü olan niderlandlı pilot 6 xal qazanıb. Onun aktivində 75 xal var.

 

Yarışın qalibi olan və səkkiz xal qazanan “Red Bull Racing”in digər pilotu Serxio Peres ikincidir – 62 xal. Sprintdə ikinci olan Şarl Lekler yeddi xal əldə edib və 13 xalla ümumi sıralamada səkkizinci pilləyə yüksəlib.

 

Turnir cədvəlində ilk üçülüyü “Aston Martin” komandasının pilotu Fernando Alonso tamamlayır. Onun aktivində 48 xal var. Sprintdə altıncı olan ispaniyalı pilot akitivinə üç xal yazdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır