Modern.az

“Formula 1”in qalibləri mükafatlandırıldı

“Formula 1”in qalibləri mükafatlandırıldı

30 Aprel 2023, 16:57

"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, əvvəlcə qalib idmançının və komandanın şərəfinə Meksika və Avstriyanın Dövlət himnləri səsləndirilib.

 

Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.

 

Qeyd edək ki, “Red Bull Racing” komandasının meksikalı pilotu Serxio Peres Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü pillədə yer alıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı