Modern.az

Azərbaycan Qran-Prisində ilk yaşandı

Azərbaycan Qran-Prisində ilk yaşandı

30 Aprel 2023, 17:02

“Red Bull Racing” komandasının pilotu Serxio Peres ikinci dəfə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub.

 

Modern.az xəbər verir ki, meksikalı pilot cari mövsüm və Bakı şəhər halqasında ikinci, karyerasında isə altıncı qələbəsini qazanıb.

 

Azərbaycan Qran-Prisi tarixində ilk dəfə bir pilot iki dəfə podiumun ən yüksək pilləsinə qalxıb. Belə ki, S.Peres 2021-ci ildə Bakı mərhələsində birinci olub.

 

Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lakler isə üçüncü pillədə yer alıblar.

 

Qeyd edək ki, Formula 1 yarışlarında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Pilotlar 2 saat ərzində Bakı şəhər trekində 51 dövrə vurublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı