Modern.az

Karateçimiz Avropa çempionu oldu

Karateçimiz Avropa çempionu oldu

30 Aprel 2023, 23:49

Məlum olduğu kimi, 28-30 aprel tarixlərində Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə 13-cü Avropa çempionatı keçirilib.  

 

Modern.az xəbər verir ki, Avropa çempionatında milli komandamız da iştirak edib. Komandamızın heyətində, kapitan, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız (+84 kq) çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi 4 döyüşün hamısını qələbə ilə başa vurub. 

 

Ü.Məmmədov Rumıniya, Gürcüstan, Çexiya və final görüşündə isə Bolqarıstandan olan rəqibini məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxaraq, avropa çempionu tituluna sahib olub.

 

Qeyd edək ki, dünya çempionu Ülvi Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc, 2021-ci ilin noyabr ayının 5-7 –də Türkiyədə WSF üzrə dünya çempionatında gümüş, 2022-ci ildə Qırğızıstanda keçirilən Açıq Asiya çempionatında gümüş medal qazanıb. Ötən il Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatında isə Ü.Məmmədov fəxri kürsünün birinci pilləsinə qalxaraq dünya çempionu tituluna sahib olub.

 

1239314

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir