Modern.az

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

İdman

1 May 2023, 07:54

Yeni Zelandiyanın Kermadec arxipelaqında 5,2 bal gücündə zəlzələ baş verib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Avstraliyanın Dövlət Geoloji Bürosu məlumat yayıb.

 

Yeraltı təkanların episentri Raul arxipelaqının əsas adasından 80 kilometr cənub-şərqdə və 1,6 milyondan çox insanın yaşadığı Oklenddən 980 kilometr şimalda olub.

 

Kermadec arxipelaqında yaşayış yoxdur, lakin Raul adasında il boyu fəaliyyət göstərən tədqiqat stansiyası mövcuddur. Burada Yeni Zelandiyadan olan 80-ə yaxın alim yaşayır və işləyir.

 

Sunami təhlükəsi elan edilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı