Modern.az

Ronaldo Madridə qayıtmaq istəyir

Ronaldo Madridə qayıtmaq istəyir

İdman

1 May 2023, 15:54

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk edərək Madridə qayıtmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

 

Mənbənin məlumatına görə, Ronaldo Səudiyyə Ərəbistanına uyğunlaşmaqda çətinlik çəkir. Həmçinin dil problemi ulduz futbolçuya mane olur. Bu səbəbdən Ronaldo Madridə qayıtmaq niyyətindədir.

 

Portuqaliyalı hücumçu “Əl-Nəsr”ə keçməzdən əvvəl “Atletiko Madrid”də çıxış etməyə yaxın olub. Lakin klubun tərəfdaşları müqavilənin imzalanmasına qarşı çıxıblar. "Real Madrid"in prezidenti Florentino Peres Ronaldoya klubun səfiri olmağı və ya klub rəhbərliyində vəzifə təklif etməyə hazırdır.

 

Qeyd edək ki, futbolçu 2009- 2018-ci illərdə Madridin “Real” klubunun şərəfini qoruyub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür