Modern.az

34 yaşlı atlet Ağstafadan Bakıya piyada gəlir - FOTOLAR

34 yaşlı atlet Ağstafadan Bakıya piyada gəlir - FOTOLAR

1 May 2023, 17:38

Ağstafanın Səməd Vurğun qəsəbəsinin sakini, 34 yaşlı atlet Ağa Qəzənfər oğlu Əliyev rayondan Bakı şəhərinə qədər 466 kilometr məsafəni qət etməklə rekorda imza atmağı düşünür. O, bu yürüşünü Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağa Əliyev bu məsafəni 5 günə qət etməyi qarşıya məqsəd qoyub. Əgər bu reallaşarsa, Azərbaycanda ilk olacaq. İndiyədək ölkəmizdə hər hansı atlet 5 gün ərzində 466 kilometr məsafəni qət etməyib.

 

Atlet deyir ki, bu idman növü ilə 20 ildir məşğul olur. Azərbaycan və Türkiyədə keçirilən marafonlarda iştirak edib. “Ağstafa, eləcə də ölkə gənclərinə göstərməyə çalışıram ki, hər kəs öz bacarığını nümayiş etdirsin, tarixə düşməyə cəhd etsin. Bunu etsələr arzularına da çatacaqlar”, - deyə A.Əliyev bildirib.

 

Qət ediləcək məsafənin uzunluğundan qorxmadığını söyləyən Ağa Əliyev adını Azərbaycanın idman tarixinə yazdıra biləcəyinə ümid edir.

 

Bu gün səhər saatlarından Ağstafa şəhərindən, Heydər Əliyev Mərkəzinin qarşısından yola çıxan Ağa Əliyev Bakı şəhərinə qədər yürüş edəcək.

 

Qeyd edək ki, yürüş Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən təşkil olunub. Atlet ümumilikdə dayanacaq olaraq, 5 nöqtədə fasilə edəcək. Yürüş Bakı şəhərində Fəxri xiyabanda başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir