Modern.az

Mərkəzi oyun: “Neftçi” “Qarabağ”a qarşı 

Mərkəzi oyun: “Neftçi” “Qarabağ”a qarşı 

2 May 2023, 08:38

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura "Neftçi" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.


Modern.az xəbər verir, “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı FIFA referisi İnqilab Məmmədov idarə edəcək.


Ağdam klubu 31 turdan sonra 78 xalla turnir cədvəlinə başçılıq edir. 61 xalı olan "ağ-qaralar" isə 3-cü pillədə qərarlaşıb.


Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" evdə "Şamaxı"ya 1:0, "Qəbələ" doğma meydanda "Səbail"ə 4:2, "Turan Tovuz" isə səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi