Modern.az

Ərəblər Messiyə Ronaldodan 2 dəfə çox pul təklif edir

Ərəblər Messiyə Ronaldodan 2 dəfə çox pul təklif edir

İdman

4 May 2023, 08:54

Səudiyyə Ərəbistanı hökuməti Fransanın PSJ komandası və Argentina millisinin futbolçusu Lionel Messiyə müqavilə təklif etməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə "The Telegraph" yazıb.

 

Bildirilib ki, 35 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının klublarından birinə keçsə, ildə 400 milyon avro (320 milyon funt-sterlinq) maaş ala biləcək.

 

Müqayisə üçün qeyd edilib ki, “Əl-Nəsr”in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo il ərzində 165 milyon funt-sterlinq qazanır.

 

İddia olunur ki, yaxın vaxtlarda Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələri Messinin atası ilə danışıqlar aparacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!