Azərbaycan Premyer Liqasında XXXIII turun açılış oyununda "Sabah" klubu "Kəpəz"in qonağı olub.
Modern.az xəbər verir ki, görüş Bakı klubunun qələbəsi ilə başa çatıb.
Matçda qolları 4-cü dəqiqədə Aleksey Kaşuk, 16-cı dəqiqədə Emmanuel Apeh və 83-cü dəqiqədə Davit Volkov vurub.
Oyundan sonra xallarını 77-yə çatdıran "Sabah" lider "Qarabağ"la fərqi yenidən 4-ə endirib. 29 xalı olan "Kəpəz" isə 7-ci sırada qalıb.