Modern.az

Boksçumuz dünya çempionatında iranlıya qalib gəldi

Boksçumuz dünya çempionatında iranlıya qalib gəldi

İdman

6 May 2023, 15:00

Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

 

Modern.az xəbər verir ki, çempionatda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 finalda Ali Habibinejadla (İran) döyüşüb.

 

Görüş N.İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Döyüş mayın 9-da olacaq.

 

Qeyd edək ki, 107 ölkədən 538 boksçunun qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!