Azərbaycan Premyer Liqasında XXXIII tur çərçivəsində daha bir qarşılaşma baş tutub.
Modern.az xəbər verir ki, günün yeganə oyununda “Şamaxı” klubu “Zirə”ni qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, turun ilk oyununda “Kəpəz” “Sabah”la ev oyununda 0:3 hesabıyla uduzub. Sabah “Turan Tovuz” – “Neftçi” və “Sumqayıt” – “Səbail” oyunları baş tutacaq.
Son oyun isə mayın 8-də “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək.