Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilib. “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən builki Bakı Marafonu Ümummilli Liderin 100 illik yubileyinə həsr olunub. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak ediblər.
Marafonda iştirak etmək üçün 19 min 500 nəfər qeydiyyatdan keçib. Onların arasında ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar da olublar.
Modern.az marafondan rəngarəng görüntüləri təqdim edir: