"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının beşinci turunda - Mayami Qran Prisində qalib gəlib.
Modern.az xəbər verir ki, ikinci yeri onun komanda yoldaşı meksikalı Serxio Peres, üçüncü yeri isə Aston Martin komandasının ispan pilotu Fernando Alonso tutub.
Niderlandlı pilot üçün bu qələbə cari mövsümdə üçüncü nailiyyətdir. Ferstappen çempionatın turnir cədvəlinin birinci pilləsində qərarlaşıb (119 xal). İkinci və üçüncü yerləri Peres (105) və Alonso (75) tutur.
Ferstappen Formula 1 üzrə ikiqat dünya çempionudur (2021, 2022). Çempionatın növbəti mərhələsi - Emilia-Romanya (İtaliya) Qran Prisi mayın 19-dan 21-dək keçiriləcək.