Modern.az

Konfrans Liqasında gecənin NƏTİCƏLƏRİ

Konfrans Liqasında gecənin NƏTİCƏLƏRİ

12 May 2023, 08:37

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, "Fiorentina" komandası öz meydanında İsveçrənin "Bazel" klubuna məğlub olub. Hesabı Kabralın qolu ilə meydan sahibləri açsalar da, “Bazel” futbolçuları ikinci hissədə Diuf və Zekirinin qolları ilə oyunda dönüş etməyi bacarıblar -1:2.

 

Günün digər matçı Londonda oynanılıb. “Vest Hem" öz meydanında hesabda geriyə düşdüyü matçda Niderlandın "AZ Alkmaar" klubunu üstələyib - 2:1.

 

Meydan sahiblərinin heyətində Benrahma (penalti) və Maykl Antonio fərqləniblər. "AZ Alkmaar"ın yeganə qoluna isə Reynders imza atıb.

 

Qeyd edək ki, yarımfinalın cavab görüşləri bir həftə sonra oynanılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır