Futbol üzrə UEFA Konfrans Liqasının finalçıları məlum olub.
Modern.az xəbər verir ki, Niderlandın “Alkmar” kollektivini səfərdə 0:1 hesabla üstələyən İngiltərənin “Vest-Hem” klubu finala vəsiqə qazanıb.
Komandalar arasında ilk matç “Vest-Hem”in xeyrinə başa çatmışdı – 2:1.
İkinci finalçının adı İsveçrədə bəlli olub. “Bazel” klubu İtaliyada “Fiorentina”nı 2:1 hesabı ilə məğlubiyyətə uğratsa da, öz meydanın bu uğurun ardını gətirə bilməyib. Səfərdə parlaq oyun sərgiləyən florensiyalılar rəqiblərindən 3:1 hesabı ilə üstün olublar.