Modern.az

Çin yığması Astarada çempion oldu

Çin yığması Astarada çempion oldu

İdman

22 May 2023, 08:12

Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasında Astara mərhələsinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, əvvəlcə dörddəbir final oyunları keçirilib.

 

İlk dörddəbir final oyununda Ukrayna seçməsi Polşa komandasına 16:13 hesabı ilə qalib gəlib. Klub təmsilçimiz “Neftçi" isə 1/4 final oyununda güclü Çin millisinə 6:21 hesabı ilə məğlub olub.

 

Digər 1/4 final oyunlarında Avstriya 14:8 hesabı ilə Macarıstana, Misir seçməsi isə 21:13 hesabı ilə Çinin "Yuanda" klubuna qalib gəlib.

 

Yarımfinal oyunlarında Çin millisi Ukraynanı 19:17, Misir yığması isə Avstriyanı 21:14 hesabla üstələyib. Finalda Misirə 21:15 hesabla qalib gələn Çin yığması Astaradakı turnirin qalibi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü