Modern.az

“Real Madrid” Avroliqanın qalibi oldu

“Real Madrid” Avroliqanın qalibi oldu

22 May 2023, 13:42

İspaniyanın “Real Madrid” basketbol klubu Avroliqanın qalibi olub.

 

Modern.az xəbər verir ki, çempionluq uğrunda görüşdə Madrid təmsilçisi Yunanıstanın “Olimpiakos” komandasını 79:78 hesabı ilə məğlub edib. Matç Litvanın Kaunas şəhərindəki “Jalgiris Arena”da keçirilib.

 

Üçüncü yer uğrunda görüşdə isə “Monako” klubu “Barselona”dan üstün olub – 78:66.

 

Turnirin yarımfinal mərhələsində “Olimpiakos” komandası “Monako”ya 76:62, “Real Madrid” klubu isə “Barselona”ya 78:66 hesabı ilə qalib gəlib.

 

“Olimpiakos” sonuncu dəfə 2013-cü, “Real Madrid” isə 2018-ci ildə turnirin qalibi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü