Modern.az

Gəzintiyə çıxan futbolçu kanala düşüb öldü

Gəzintiyə çıxan futbolçu kanala düşüb öldü

İdman

23 May 2023, 08:40

Niderland polisi Amsterdamda gecə gəzintisi zamanı kanala düşən italiyalı futbolçu Qabriele Qallaninin ölümü ilə bağlı araşdırmalara başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “ParmaToday” məlumat yayıb.

 

Bildirilib ki, 24 yaşlı idmançı gecə klublarının yerləşdiyi Kloveniersburqval ərazisində gəzinti zamanı yoldaşlarının arxasınca gedərkən ehtiyatsızlıq nəticəsində kanala düşüb.

 

Hadisə barədə məlumat daxil olduqdan sonra xilasedicilər, dalğıc və təcili tibbi yardım maşınları əraziyə cəlb olunub. Ağır vəziyyətdə sudan çıxarılan futbolçu xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümün olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü