Modern.az

PSV-nin baş məşqçisi istefa verdi

PSV-nin baş məşqçisi istefa verdi

İdman

24 May 2023, 17:50

PSV-nin baş məşqçisi Rud van Nistelroy istefa verib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, ötən gün direktorlar şurası ilə məşqçi arasında görüş olub. Tərəflər mövsümün sonuna qədər davam etməyə razılaşıb. Lakin bu gün klubun bazasına yollanan van Nistelroy futbolçularla vidalaşıb.

 

Mütəxəssis bu addımı yetərincə dəstək almaması ilə izah edib. Baş məşqçi vəzifəsi müvəqqəti Fred Ruttenə tapşırılıb.

 

Qeyd edək ki, 2022-ci ilin yayından PSV-yə rəhbərlik edən Rud van Nistelroyun müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatmalı idi. Hazırda PSV Niderland çempionatının turnir cədvəlində ikincidir.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü