Modern.az

Avropa kubokunda ölkəmizi onlar təmsil edəcək 

Avropa kubokunda ölkəmizi onlar təmsil edəcək 

26 May 2023, 08:27

Mayın 27-28-də Portuqaliyanın Koimbra şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçiriləcək.

 

Modern.az xəbər verir ki, turnirdə 27 ölkədən 492 idmançı iştirak edəcək. Azərbaycan yarışda üç çəki dərəsində yeddi cüdoçu ilə təmsil olunacaq.

 

Turnirdə ölkəmizin idman şərəfini Bahadır Feyzullayev, Nihad Məmişov (hər ikisi 50 kq), Həsən Həsənli, Murad Fətullayev (hər ikisi 55 kq) və Fərid Qasımzadə, Nicat Süleymanov və Ayxan Mirzəzadə (hər üçü 60 kq) qoruyacaqlar.

 

Cüdoçularımıza yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir