Modern.az

Cüdoçumuz Avropada gümüş medal qazandı 

Cüdoçumuz Avropada gümüş medal qazandı 

27 May 2023, 08:17

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız final görüşündə İsraildən olan Tohar Butbulla üz-üzə gəlib.

 

Rəqibinə məğlub olan R.Məmmədəliyev turniri gümüş medalla başa vurub.

 

Qeyd edək ki, turnirin ilk günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal əldə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər