Modern.az

Premyer Liqanın qalibləri mükafatlandırıldı

Premyer Liqanın qalibləri mükafatlandırıldı

İdman

28 May 2023, 22:50

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıblar.

 

Modern.az-ın məlumatına görə, mükafatlandırma mərasiminə AFFA-nın prezidenti Rövnəq Abdullayev, qurumun baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qatılıblar.

 

“Azersun Arena”da təşkil olunmuş tədbirdə “Qarabağ”a qızıl, “Sabah”a gümüş, “Neftçi”yə bürünc medallar təqdim olunub.

 

22 qolla mövsümü bombardir kimi başa vuran “Qarabağ”ın hücumçusu Ramil Şeydayevə də mükafatı verilib. Sonda “Qarabağ”ın kapitanı Maksim Medvedev çempionluq kubokunu başı üzərinə qaldırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi