\"Qarabağ\"ın 300-cü ev qələbəsi

\

29 May 2023, 22:56

“Qarabağ” futbol klubu Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb.

 

Modern.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda baş verib.

 

Ağdam klubu mövsümün son matçında “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub ediblər.

 

Qurban Qurbanovun yetirmələri 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. “Qarabağ” bu göstəricidə mütləq rekordçudur.

 

Komandanın ilk ev qələbəsi 1992-ci mayın 6-da qeydə alınıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidən Şok görüntülər