Modern.az

Daha üç taekvondoçumuz mübarizəyə başlayır

Daha üç taekvondoçumuz mübarizəyə başlayır

İdman

31 May 2023, 08:54

Bu gün Azərbaycanın daha üç taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.

 

Modern.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.

 

87 kq-dakı Taleh Süleymanov eyni raundda Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) duelinin güclüsü ilə görüşəcək.

 

Qadınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxacaq. 49 kq-da qüvvəsini sınayan idmançı 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, mundial iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü