Modern.az

Millimiz Türkiyə yığması ilə qarşılaşacaq

Millimiz Türkiyə yığması ilə qarşılaşacaq

31 May 2023, 14:08

İyunun 1-dən 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

 

Modern.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iyunun 1-də və 3-də Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək. Hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında keçiriləçək. Oyunlar saat 17:30-da başlayacaq.

 

Hazırlıq prosesinə qapıçılar - Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov, oyunçular - Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qurbatov,Emil Həsənzadə və Kamran Qürbətov dəvət olunublar.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir