Modern.az

Səudiyyə bu məşhur futbolçunu da almaq İSTƏYİR 

Səudiyyə bu məşhur futbolçunu da almaq İSTƏYİR 

31 May 2023, 22:18

Səudiyyə Ərəbistanı daha bir məşhur futbolçunu transfer etmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

 

Bildirilir ki, "Əl-İttihad" klubu İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kərim Benzemanı öz tərkibinə əlavə etmək niyyətindədir.

 

Səudiyyə klubu fransız hücumçuya iki mövsüm ərzində təxminən 400 milyon avro dəyərində müqavilə təklif edib.

 

Məlumata görə, "Real Madrid" azarkeşləri artıq fransalı hücumçu ilə vidalaşmaya həsr olunmuş aksiyaya hazırlaşırlar. Vida mərasimi İspaniya çempionatının final mərhələsi zamanı baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır