Modern.az

Messi PSJ-dən ayrılır - Rəsmən təsdiqləndi

Messi PSJ-dən ayrılır - Rəsmən təsdiqləndi

İdman

1 İyun 2023, 16:16

Argentinalı ulduz futbolçu Lionel Messi Fransanın PSJ klubundan ayrılır.

 

Modern.az xəbər verir ki, məlumatı klubun baş məşqçisi Kristof Qaltye təsdiqləyib.

 

O, Messinin mövsümün sonunda komandanı tərk edəcəyini bildirib. "Futbol tarixinin ən böyük oyunçusu ilə məşq keçmək imtiyazına sahib oldum. Leonun "Klermont"la oyunu onun bu klubda son oyunu olacaq", - Baş məşqçi deyib.

 

Messinin hansı kluba keçəcəyi məlum deyil. Mətbuatda yayılan məlumata görə, Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu ona iki illik müqavilə təklif edib. Bundan əlavə, argentinalı futbolçuya "Barselona"dan da təklif gəlməsi barədə məlumatlar yayılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı