Modern.az

Daha 2 idmançımız mübarizəyə başlayır

Daha 2 idmançımız mübarizəyə başlayır

2 İyun 2023, 08:57

Bu gün Azərbaycanın iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

 

Modern.az-ın məlumatına görə, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 final mərhələsində Omonjon Otajonov (Özbəkistan) - Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Qadınların yarışında 46 kq-dakı Minayə Əkbərova eyni raundda Ruka Okamoto (Yaponiya) - Sarao Sançes (Puerto-Riko) duelinin güclüsü ilə görüşəcək.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi