Modern.az

Daha iki taekvondoçumuz medalsız qaldı

Daha iki taekvondoçumuz medalsız qaldı

2 İyun 2023, 13:32

Bu gün Azərbaycanın iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

 

Modern.az xəbər verir ki, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 finalda Omonjon Otajonova uduzub.

 

Qadınların yarışında 46 kq-dakı Minayə Əkbərova 1/16 finalda Ruka Okamotoya (Yaponiya) məğlub olub.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir