Modern.az

Taekvondoçumuz dünya çempionatının 1/8 finalında

Taekvondoçumuz dünya çempionatının 1/8 finalında

3 İyun 2023, 12:30

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

 

Modern.az-ın məlumatına görə, mundialın altıncı gündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

 

74 kq çəkidə qüvvəsini sınayan Eltac Qafarov 1/16 finalda Vasilliy Peruniçiçlə (Monteneqro) üz-üzə gəlib. Döyüş taekvondoçumuzun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/8 finalda norveçli Sebastian Tune ilə döyüşəcək.

 

62 kq-da qüvvəsini sınayan Fatimə Məcidova da mundailda debüt görüşünə 1/16 finaldan başlayıb. İtaliyalı Kristina Kaspa ilə döyüşən təmsilçimiz məğlubiyyətə üzülüb.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı