Modern.az

Səudiyyə klubu Ramosla da maraqlanır

Səudiyyə klubu Ramosla da maraqlanır

3 İyun 2023, 17:40

Səudiyyə Ərəbistanının "Əl Hilal" futbol klubu Fransanın PSJ klubunun futbolçusu Serxio Ramos ilə maraqlanır.

 

Modern.az xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.

 

Bildirilir ki, "Əl Hilal" 37 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. Hazırda danışıqlar aparılsa da, yekun nəticə əldə edilməyib.

 

Klub Ramosa 30 milyon avro dəyərində iki illik müqavilə təklif edir.

 

Xatırladaq ki, Serxio Ramos 2021-ci ilin iyulundan PSJ-də oynayır. O, mövsümün sonunda Paris klubundan ayrılacaq.

 

Qeyd edək ki, "Əl-Hilal" bundan əvvəl Leonel Messi ilə də maraqlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı