Modern.az

İngiltərə kubokunun qalibi məlum oldu 

İngiltərə kubokunun qalibi məlum oldu 

3 İyun 2023, 20:40

“Mançester Siti” “Mançester Yunayted”i məğlub edərək yeddinci dəfə İngiltərə Kubokunu qazanıblar.

 

Modern.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.

 

Kubok 1871-ci ildən bəri keçirilən dünyanın ən qədim futbol yarışmasıdır. İngiltərə kuboklarının sayına görə rekordçusu 14 qalibiyyətlə Londonun “Arsenal” klubudur.

 

Qeyd edək ki, mayın 20-də “Mançester Siti” ardıcıl üçüncü dəfə futbol üzrə İngiltərə çempionu olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir