Modern.az

İbrahimoviç \"Milan\"ı tərk edir

İbrahimoviç \

4 İyun 2023, 00:50

İtaliyanın "Milan" klubu 41 yaşlı isveçli hücumçu Zlatan İbrahimoviçlə yollarını ayırır.

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

O, "Verona" komandası ilə mövsümün final oyunundan sonra "Milan"ı tərk edəcək.

 

"Sabah mövsümün son oyunundan sonra "Milan" kiçik bir mərasimlə Zlatan İbrahimoviçlə vidalaşacaq", - açıqlamada deyilir.

 

İbrahimoviç dörd Avropa çempionatında (2004, 2008, 2012 və 2016) və iki Dünya Çempionatında (2002 və 2006) çıxış edib. İsveç millisi tarixinin bombardiri olan oyunçu İtaliyanın “Yuventus”, İspaniyanın “Barselona”, Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” və digər klublarda çıxış edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?