Modern.az

İbrahimoviç karyerasını başa vurdu

İbrahimoviç karyerasını başa vurdu

İdman

5 İyun 2023, 08:28

İsveçli futbolçu Zlatan İbrahimoviç karyerasını başa vurduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə p, İtaliya çempionatının son turu çərçivəsində keçirilən “Milan” – “Verona” oyunundan (3:1) sonra məlumat verib.

 

"Futbolla vidalaşıram, hücum, "Milan" və əlvida", - İbrahimoviç deyib.

 

İsveçli futbolçu 2020-ci ildən "Milan"da çıxış edir. 

 

41 yaşlı Zlatan İbrahimoviç İtaliya, Niderland, İspaniya və Fransa çempionudur, o, İsveçin “Malmö”, Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter”, “Milan”, İspaniyanın “Barselona”, Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" klublarında çıxış edib.

 

O, İsveç millisinin heyətində 62 qol vurub və komandanın bütün zamanların ən yaxşı bombardiridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir