Modern.az

Benzema "Real Madrid"lə vidalaşdı

Benzema

İdman

5 İyun 2023, 11:00

İspaniya 1-ci Futbol Liqasında 2022-2023 mövsümünün son həftəsində "Real Madrid" və "Atletik Bilbao" qarşılaşıb.

 

Modern.az xəbər verir ki, tanınmış fransız futbolçu Kərim Benzema "Real Madrid"də son oyununu keçirib. 

 

1-1 hesabı ilə yekunlaşan oyunda "real"ın yeganə qolunu vuran Benzema 14 mövsüm oynadığı komanda ilə vidalaşıb. 

 

O, Santiaqo Bernabeu stadionunda "Real Madrid" azarkeşləri tərəfindən alqışlarla yola salınıb. Futbolçunu komanda yoldaşları və məşqçi Karlo Ançelotti təbrik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi